Əsəd ağır zərbə: paytaxta gedən yol itirildi
Bizi izləyin

Dünya

Əsəd ağır zərbə: paytaxta gedən yol itirildi

Suriya müxalifəti rejim qüvvələri ilə döyüşlərdə strateji əhəmiyyət daşıyan uğur qazanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şərqi Guta bölgəsində rejim qüvvələrinə aid 25 mövqeyi ələ keçirən müxalifət qüvvələri paytaxt Dəməşq və Xüms şəhərləri arasındakı quru əlaqəni kəsib.

Ələ keçirilən mövqelər arasında Suriya Silahlı Qüvvələrinin Baş qərargahının ehtiyat binası, təhlükəsizlik şöbəsi və bölgədəki topçu batalyonu var. Rejim qüvvələrinə qarşı vuruşan “Ceyşul İslam” qruplaşması bir müddət əvvəl Şərqi Gutada səfərbərlik elan edərək bölgədə əli silah tutan hər kəsi rejim gücləri ilə vuruşmaq üçün cəbhələrə getməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm