Silahlar dayanmır: ölkənin cənub-şərqində köç başlayıb
Bizi izləyin

Dünya

Silahlar dayanmır: ölkənin cənub-şərqində köç başlayıb

Türkiyənin Diyarbəkr vilayətinin Sur və Silvan mahallarında küçəyə çıxma qadağası davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, fasilələrlə silah səslərinin eşidildiyi Silvan mahalında köç başlayıb.

Sur mahalında xəndək qazaraq və barrikadalar quraraq terror aktları həyata keçirən YDG-H-ya (PKK-nın gənclik qolu) qarşı əməliyyatlar davam edir. Mahalda dünən küçəyə çıxma qadağası tətbiq edilib.

Dünən polis və terrorçular arasında qarşıdurmalar axşam saatlarına qədər davam edib. Gecə saatlarında mahalın müxtəlif yerlərində fasilələrlə silah səsləri eşidilib. Bu gün təhlükəsizlik güclərinin həyata keçirdiyi əməliyyat çərçivəsində mahala çoxlu sayda polis və zirehli texnika yeridilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm