Terrorçular mədrəsəni gülləbaran etdilər
Bizi izləyin

Dünya

Terrorçular mədrəsəni gülləbaran etdilər

Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında terror aktları təşkil edən PKK strategiyasını dəyişir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəllər daha çox polis və hərbi məntəqələri hədəf alan terror təşkilatı təhsil ocaqlarına basqınlar təşkil etməyə başlayıb.

PKK son olaraq Quran kursu, məktəb binası və tələbə yataqxanalarına silahlı hücumlar təşkil edib. Terror təşkilatının silahlıları mahalın Cudi məhəlləsindəki Cizrə müftiliyinə aid qız Quran kursunun binasına atəş açıb.

Hadisədən zərərçəkənlərin olmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm