Lukaşenko və arvadının gəliri açıqlandı
Bizi izləyin

Dünya

Lukaşenko və arvadının gəliri açıqlandı

Belarus prezidenti Aleksandr Lukaşenko 2014-cü ildə 551 milyon 761 min 258 Belarus rublu (təxminən 31 min dollar) qazanıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının dərc etdiyi hesabatda deyilir.

2014-cü ildə prezidentin həyat yoldaşı Qalinanın gəliri isə 98 milyon 223 min 332 rubl (təxminən 5,5 min dollar) təşkil edib.

Bundan başqa, Şklov şəhərindəki 115 kv.m-lik mənzil, eyni şəhərdəki 53 kv.m sahəsi olan yaşayış evi üzərində mülkiyyət hüququnun yarısı və “Şklovsk yağ istehsalı zavodu” Açıq Səhmdar Cəmiyyətinin 56 səhmi prezidentin həyat yoldaşına məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm