Amerikalı general: “Bunun üçün Əsəd getməlidir”
Bizi izləyin

Dünya

Amerikalı general: “Bunun üçün Əsəd getməlidir”

Anti-İŞİD koalisiyasının koordinatoru, amerikalı general Con Allen Suriyada uzunmüddətli sülh üçün Bəşər Əsədin getməli olduğunu söyləyib.

Publika.az xəbər verir ki, BBC-nin suallarını cavablandıran Allen Suriyadakı hazırkı vəziyyətin Əsəd rejimi tərəfindən yaradıldığını deyib.

“Əsəd öz xalqına qarşı müharibəyə başlamağı seçdi. Onun bu qərarı hazırda qarşı-qarşıya qaldığımız böhranı doğurdu. Suriyadakı mübarizə yalnız İŞİD-ə qarşı deyil, həm də siyasi və diplomatik bir həll üçün zəmin hazırlamaqdır. Bunun üçün isə Əsəd iqtidardan getməlidir”, - amerikalı general vurğulayıb.

O, İŞİD-ə qarşı mübarizədə böyük uğurların əldə olunduğunu əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm