ABŞ Suriyada Rusiya tanklarını aşkarladı - FOTO
Bizi izləyin

Dünya

ABŞ Suriyada Rusiya tanklarını aşkarladı - FOTO

Rusiya qoşunları Suriyaya tanklarını yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Vaşinqtondakı iki anonim mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Latakiya aerodromu ərazisində Rusiya artilleriyası və 7 ədəd T-90 tankı var. Daha əvvəl isə ABŞ Müdafiə Nazirliyi Rusiyanın fərqləndirici nişanlarsız nəqliyyat təyyarələri və silahlı dəstələrini Suriyaya göndərdiyini açıqlayıb.

Moskva isə dəfələrlə bildirib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədin rejimini dəstəkləyir və terrorizmlə mübarizədə Dəməşqə yardım edir. Amma Moskva iddia edir ki, döyüş əməliyyatlarında Rusiyanın hərbi güclərinin iştirakından söhbət gedə bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm