ABŞ Rusiya təyyarələri ilə bağlı tələb irəli sürdü
Bizi izləyin

Dünya

ABŞ Rusiya təyyarələri ilə bağlı tələb irəli sürdü

ABŞ Suriyaya humanitar yardım daşıyan təyyarələrin əngəllənməsi üçün Ukrayna, Yunanıstan və Bolqarıstandan sonra İraq hökumətinə də tələb irəli sürüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ-ın yüksək vəzifəli diplomatları İraqın baş nazirindən Suriyaya yük aparan Rusiya təyyarələri üçün hava sahəsinin bağlanmasını tələb edib. Ancaq İraq hökuməti bu tələbə hələlik müsbət cavab verməyib.

Xatırladaq ki, Bolqarıstan hökuməti Rusiya təyyarələrinə hava sahəsini bağladığı üçün rus təyyarələri İran-İraq hava sahəsindən istifadə edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm