Sergey Lavrov: “ABŞ İŞİD-in yerini dəqiq bilir, ancaq bombalamır”
Bizi izləyin

Dünya

Sergey Lavrov: “ABŞ İŞİD-in yerini dəqiq bilir, ancaq bombalamır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı İŞİD terrorçularını qorumaqda ittiham edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, nazir Sergey Lavrov televiziyada çıxışı zamanı bəyan edib ki, ABŞ İŞİD terror təşkilatı rəhbərinin dəqiq yerini bilir, ancaq bombalamır.

Onun sözlərinə görə, İŞİD barəsində dəqiq məlumatlara təkcə ABŞ deyil, digər koalisiya üzvləri də malikdir: “İŞİD-ə qarşı koalisiyada yer alan bəzi NATO dövlətləri də terrorçuların dəqiq yerlərini bilirlər. Sadəcə olaraq, ABŞ onlara icazə vermir ki, terrorçular bombalansın. Bu barədə Rusiya kəşfiyyatında dəqiq məlumatlar var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm