Vaşinqton Moskvanı beynəlxalq təcridlə hədələdi
Bizi izləyin

Dünya

Vaşinqton Moskvanı beynəlxalq təcridlə hədələdi

“Rusiya Suriya prezidenti Bəşər Əsədə dəstəyini davam etdirərsə, beynəlxalq təcridlə qarşılaşa bilər”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Coş Ernest deyib.

Ernest həmçinin bildirib ki, Suriyada Rusiyanın maraqları qalan dünyanın maraqlarına tamamilə zidd deyil. O, İŞİD terror qruplaşmasına qarşı mübarizənin müvəffəqiyyətlə yekunlaşmasında Moskvanın da maraqlı olduğunu dilə gətirib.

Qeyd edək ki, avqustun 31-də İsrail KİV-i diplomatik mənbələrə istinadən qeyd edib ki, Rusiya Dəməşq yaxınlığında yerləşən aerodromda döyüş aviasiyasını və hərbçilərini yerləşdirib.

Dünən isə “Reuters” agentliyi Vaşinqtondakı iki anonim mənbəyə istinadən Suriyada Rusiya tanklarının yerləşdirildiyini xəbər verib. Agentliyin məlumatına görə, Latakiya aerodromu ərazisində Rusiya artilleriyası və 7 ədəd T-90 tankı var. Daha əvvəl isə ABŞ Müdafiə Nazirliyi Rusiyanın fərqləndirici nişanlarsız nəqliyyat təyyarələri və silahlı dəstələrini Suriyaya göndərdiyini açıqlayıb.

Moskva isə dəfələrlə bildirib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədin rejimini dəstəkləyir və terrorizmlə mübarizədə Dəməşqə yardım edir. Amma Moskva iddia edir ki, döyüş əməliyyatlarında Rusiyanın hərbi güclərinin iştirakından söhbət gedə bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm