İslam dünyası şokda: İsrail əsgərləri Əl-Əksa məscidinin minbərinə çıxdılar
Bizi izləyin

Dünya

İslam dünyası şokda: İsrail əsgərləri Əl-Əksa məscidinin minbərinə çıxdılar

İsrail əsgərləri Qüdsdə Məbəd dağındakı Əl-Əksa məscidinin minbərinə çıxıblar.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin Qüdsdəki əməkdaşı bildirib.

Gecə saatlarında isə İsrail əsgərləri məscidə girişə qoyulan qadağaya etiraz edən insanlara hücum ediblər.

Dünən isə İsrail ordusunun xüsusi bölmələri məscidə hücum ediblər. İbadət edənlərə qarşı səs bombalarından, gözyaşardıcı qazdan və pnevmatik silahdan istifadə olunub. Məscidin xalça örtüyünün bir hissəsi yanıb. Bir neçə fələstinli saxlanılıb. İbadət edən müsəlmanlar qovulandan sonra məscidə radikal əhval-ruhiyyəli bir qrup israilli daxil olub. Bildirilir ki, İsrailin güc strukturları Köhnə Qüdsü, xüsusən Əl-Əksa məscidinin ətrafını qapalı hərbi zonaya çeviriblər.

Qüdsdəki müqəddəs yerlərə qəyyumluq edən İordaniya İsrail ordusunun xüsusi bölmələrinin Əl-Əksa məscidinə hücumunu pisləyib.

İsrailin hərəkəti Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun tərəfindən də pislənilib. O, Könhə Qüds şəhərinin müqəddəs yerlərində gərginliyin artmasından narahat olduğunu dilə gətirib. Baş katib fərqli dini inanclara sahib hər kəsin müqəddəs yerlərə girişinin təmin edilməsinin lazım olduğunu qeyd edib.

Qeyd edək ki, yəhudilər üçün yeni il kimi qəbul edilən “Roş Aşana” tətili ilə əlaqədar olaraq məscidə giriş qadağan edilib. Üç gün əvvəl tətbiq edilən qadağa hazırda davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm