Putinin təhlükəli oyunu: növbəti zəfər yürüşü olacaqmı?
Bizi izləyin

Dünya

Putinin təhlükəli oyunu: növbəti zəfər yürüşü olacaqmı?

“Rusiya prezidenti Vladimir Putin Ukraynada güc tətbiq edərək Qərbi onun tələbləri ilə barışmağa məcbur etdi. Putin hazırda Suriyada öz triumfunu təkrarlamağa çalışır”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri “Suriya dalanı və Putinin təhlükəli oyunları” başlıqlı analitik yazısında bildirib.

Nəşr hesab edir ki, Rusiyanın Suriyaya müdaxiləsi ABŞ-ın strateji uğursuzluğudur. “Sentyabrın 1-də Şərqi Ukraynada silahlar susanda optimistlər hesab etdilər ki, Putin geri çəkilir. Amma eyni vaxtda Suriyadan xəbərlər gəlməyə başladı. Rusiya hərbi təyyarələri müxalifət qüvvələrinin əlində olan İdlib vilayətinin üstündən uçurdu, yeni bazada kazarmalar tikilirdi, gəmilərdən yeni zirehli avtomobillər boşaldılırdı. Putin geri çəkilmir və yeni cəbhə açır”, - nəşrin əməkdaşı Cekson Dila məqaləsində yazıb.

Onun sözlərinə görə, Putin Suriya siyasətinin əsas hədəfi odur ki, Qərb anti-İŞİD koalisiyasında Rusiyanı da partnyor kimi tanısınlar: “Mümkündür ki, Putin ümidsizlikdən improvizasiya edir və ya uydurur. Amma ola bilər ki, o, Obama administrasiyasının Ukraynadakı kimi Suriyada da onun cəngavərliyinə reaksiya verəcəyini hesablayır. Dünya liderləri BMT Baş Assambleyasının sessiyasından istifadə edərək aydınlaşdırmalıdır ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi nə qədər təhlükəlidir”.

Müəllifin fikrincə, Kreml və Tehranın Suriyada güc nümayiş etdirməsi hər şeydən əvvəl onların təhlükəsizlik maraqları ilə bağlıdır: “Suriyanın Tartus limanındakı baza Rusiyanın ölkə xaricindəki yeganə dəniz bazasıdır. Suriya İran üçün “Hizbullah”ın təchizatı baxımından birbaşa dəhlizdir. Moskva və Tehran Əsəd rejiminin heç olmasa Suriyanın bir hissəsində yaşamasını istəyir”.

Analitiklər vurğulayırlar ki, ABŞ və sünni ərəb dövlətləri Bəşər Əsədlə dialoqa razı deyil. Onlar hesab edirlər ki, Əsədin ətrafı rejimin danışıqlarda iştirak edə bilməsi üçün onu istefanın lazım olduğuna inandırmalıdır.

“Amerika Rusiyanın Yaxın Şərqdəki 70 illik təsirinə son qoymağa çalışır. Rusiya isə hava əməliyyatlarının həyata keçirilməsi üçün Suriyada hava bazasını yaratmaq niyyətindədir”, - “The Washington Post” nəşri yazıb.

Nəşrin məlumatına görə, sentyabrın 1-dən 11-dək Rusiya hərbi-nəqliyyat təyyarələri Suriyanın qərbindəki Cabla şəhərinə 25 reys edib. Yüklər həmçinin dəniz yolu ilə çatdırılır. Cabla şəhərinə son istirahət günlərində 250 konteyner boşaldılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm