Hər ev barrikada, hər vətəndaş canlı qalxan: Qərb kəşfiyyatı PKK-çıları şəhər döyüşlərinə hazırlayıb – ŞOK DETALLAR
Bizi izləyin

Dünya

Hər ev barrikada, hər vətəndaş canlı qalxan: Qərb kəşfiyyatı PKK-çıları şəhər döyüşlərinə hazırlayıb – ŞOK DETALLAR

Suriyanın Kobani şəhərində Qərbin xüsusi xidmət orqanlarından “şəhər döyüşü” təlimi alan PKK terror təşkilatının üzvləri Şırnak vilayətinin Cizrə mahalında da eyni taktikadan istifadə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK Kobanidəki şəhər döyüşlərində istifadə etdiyi bütün üsullardan Cizrədə də yararlanıb.

Evlərin bir-birinə olduqca yaxın olmasından istifadə edərək onların arasında qaçış zəncirləri yaradan PKK təhlükəsizlik güclərinin atəşindən yayınmaq üçün evlərin divarlarında açdığı dəliklərdən güllə yağdırıb. Vətəndaşların olduğu hər ev döyüş mövqeyi, hər vətəndaş isə canlı qalxan kimi istifadə edilir. Qapılarını PKK-çılara açmayan evlər isə gülləbaran edilir.

PKK-nın 70 nəfərlik dağ heyətinin təlim keçdiyi 200 YDG-H (PKK-nın gənclik qanadı) üzvləri küçələrə xəndəklər qazaraq minalar döşəyir. Mahaldakı 16-17 yaşlı terrorçuları da sıralarına qatan PKK təhlükəsizlik güclərinə ardıcıl hücumlar təşkil edir.

Terrorçular 112 təcili xidmətə 100-dən çox zəng edərək təhlükəsizlik gücləri qarşıdurmaya cəlb edib. Çağırışa cavab verən təhlükəsizlik getdikləri yollarda hücuma məruz qalıblar.

Cizrədə sentyabrın 4-də küçəyə çıxma qadağası ilə başlayan təmizlik əməliyyatında 800 xüsusi təyinatlı, 1700 polis, 35 “Kobra” tipli zirehli döyüş maşını, 30 TOMA, 50 zirehli “Land Rover”, 3 pilotsuz uçuş aparatı, 8 tank və 8 “Kirpi” tipli zirehli döyüş maşını cəlb edilib. Əməliyyatda 60-70 terrorçunun kod adı müəyyənləşdirilib.

Polis və əsgər küçəyə çıxma qadağası elan edilən Cizrəni hələ də tərk etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm