Məkkə, Mədinə, Qüds, Rusiya, Mərkəzi Asiya... – Putindən şok xəbərdarlıq
Bizi izləyin

Dünya

Məkkə, Mədinə, Qüds, Rusiya, Mərkəzi Asiya... – Putindən şok xəbərdarlıq

“Suriya və İraq torpaqlarının əhəmiyyətli hissəsində təsirli olan İŞİD terror qruplaşması Məkkə, Mədinə və Qüdsü də ələ keçirmək istəyir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən sammitində Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti qeyd edib ki, İŞİD fəaliyyətini Rusiya, Avropa, Mərkəzi və Cənubi Asiyaya doğru genişləndirmək istəyir. Putin bir çox ölkədən İŞİD-ə qatılan insanların terror təlimi almasına diqqət çəkib.

“Təəssüf ki, Avropa və Rusiyadan İŞİD-ə qatılan şəxslər terror təlimi alır və düşüncələri dəyişir. Təbii ki, onların evlərinə qayıtmasına görə narahatlıq keçiririk”, - Rusiya prezidenti söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm