Qərb 2012-ci ildə Rusiyanın Əsədlə bağlı təklifini rədd edib – İDDİA
Bizi izləyin

Dünya

Qərb 2012-ci ildə Rusiyanın Əsədlə bağlı təklifini rədd edib – İDDİA

Rusiya 2012-ci ildə sülh razılaşmasına uyğun olaraq Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını təklif etsə də, Qərb ölkələri bu təklifi rədd ediblər.

Publika.az İngiltərənin “Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə üç il əvvəlki gizli danışıqlara qatılan Martti Ahtisaari deyib.

Finlandiyanın keçmiş prezidenti və Nobel Sülh Mükafatçısı Martti Ahtisaarinin sözlərinə görə, ABŞ, İngiltərə və Fransa həmin vaxt Əsədin bir neçə həftə ərzində devriləcəyindən əmin olduğu üçün Moskvanın təklifini diqqətə almayıblar.

“Bu, 2012-ci ildə əldən verilən bir fürsət idi”, - o, bildirib.

Keçmiş prezident 2012-ci ilin fevral ayında keçirilən görüşlərə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin) təşkilatdakı daimi nümayəndələrinin qatıldığını qeyd edib.

Finlandiyalı diplomat Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin üç mərhələli bir plan təklif etdiyini deyib. Onun sözlərinə görə, planda Bəşər Əsədin vəzifəsini təhvil verməsi nəzərdə tutulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm