İstanbulda PKK üzvlərinə qarşı xüsusi əməliyyat keçirildi – FOTO
Bizi izləyin

Dünya

İstanbulda PKK üzvlərinə qarşı xüsusi əməliyyat keçirildi – FOTO

Bu gün səhər saatlarında İstanbulun terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlıları şəhərin 6 məhəlləsində yerləşən 23 evdə PKK terror təşkilatına bağlılıqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat başladıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı saxlanılan şəxslər var. Xüsusi təyinatlılar 13 nəfəri saxlayıb.

Əməliyyat zamanı İstanbul polisi saxlanılan şəxslərin evinə baxış keçirib. Evdə axtarış zamanı avtomat, ov tüfəngi, tapança, çoxlu sayda mərmi, qaçaq yolla gətirilmiş siqaretlər, istifadəsi qadağan olunan elektron cihazlar və yazılı nəşrlər aşkarlanaraq müsadirə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm