“Pijamalı kral” həbs oluna bilər - PKK-ya dəstək verdiyi üçün
Bizi izləyin

Dünya

“Pijamalı kral” həbs oluna bilər - PKK-ya dəstək verdiyi üçün

Türkiyədə Doğan Media Holdinqinə PKK terror təşkilatını dəstəkləmək ittihamı ilə cinayət işi açılıb.

Publika.az xəbər verir ki, prokuror İdris Kurt holdinqə daxil olan “Günəş” qəzetinin 10 sentyabr 2015-ci il nömrəsində “Al sənə sənəd” başlıqlı məqaləsinin əslində terrorçulara məlumat ötürmək olduğunu bildirib.

Media Holdinqə daxil olan qəzet və televiziyalarda “29 avqust 2015-ci ildə Siirtdə şəhid olan əsgərlərin fotolarının senzurasız yayılması”, “Tuncelidə öldürülən PKK-çıların fotolarına senzura tətbiq edilməsi”, “Cüneyt Özdəmirin PKK-ya qatıldığını iddia edən Ayşe Deniz Karacagil ilə televiziyada reportaj edilməsi” məsələləri cinayət işinin tərkibinə salınıb.

Qeyd edək ki, Aydın Doğana məxsus media holdinqinin daha çox Qərb dairələrinə bağlı olduğu deyilir. Vaxtilə bu şəxs Türkiyədə hökumətlərin dəyişdirilməsində rol oynaya bilirdi. 1970-ci illərdə Baş naziri öz evində pijama ilə qarşılaması böyük qalmaqala səbəb olmuşdu. Lakin AKP hakimiyyətə gələndən sonra onun gücü tükəndi. A. Doğanın holdinqi zaman-zaman Azərbaycana qarşı da ittihamlarla çıxış edir. Bu qrup Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qatı tərəfdarıdır.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm