Qiyamçı general öldürüldü
Bizi izləyin

Dünya

Qiyamçı general öldürüldü

Tacikistanda xüsusi əməliyyatın gedişatında müdafiə nazirinin keçmiş müavini Əbdüxəlim Nazarov öldürülüb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Tacikistanın güc strukturlarındakı mənbə bildirib.

Məlumata görə, üsyançı generalla birlikdə onun bir neçə tərəfdarı öldürülüb.

Daha əvvəl isə Ramit dərəsində cinayətkar qruplaşmaya qarşı aparılan əməliyyat zamanı “Alfa” xüsusi bölməsinin komandiri Rüstəm Amakiyev həyatını itirib. Qruplaşma ilə silahlı qarşıdurmada “Alfa”nın daha bir əməkdaşı həlak olub.

Xatırladaq ki, müdafiə nazirinin keçmiş müavini sentyabrın 4-də tabeliyində olan 100-dən artıq döyüşçü ilə hərbi hissə və polis məntəqələrinə hücum edib. Hücumda təhlükəsizlik strukturlarının 20-yə yaxın əməkdaşı öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm