Ermənistanın xarici borcu rekord vurdu
Bizi izləyin

Dünya

Ermənistanın xarici borcu rekord vurdu

Ermənistanın xarici borcu yeni rekord müəyyənləşdirib.

Publika.az “Ayoş aşxar” nəşrinə istinadən xəbər verir ki, Ermənistanın beynəlxalq maliyyə təşkilatları və kreditora olan xarici borcu ilk dəfə 4 milyard dolları keçib.

Xarici borc ilin əvvəlindən 283 milyon dollar artaraq 4,068 milyard dollar təşkil edib.

Bundan başqa, Ermənistan yaxın günlərdə bir sıra kredit razılaşmaları imzalayıb. Rusiyadan alınacaq 200 milyon dollar ordunun yenidən silahlanmasına, 270 milyon dollar isə “Metsamor” Atom Elektrik Stansiyasının müasirləşdirilməsinə xərclənəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm