Ərdoğan terroru dəstəkləyən ölkələrə müraciət etdi
Bizi izləyin

Dünya

Ərdoğan terroru dəstəkləyən ölkələrə müraciət etdi

“Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq!?”

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Ombudsman Simpoziumda çıxış edərkən deyib.

Terrora dəstək verənlərin ölkənin xaricində olduğunu vurğulayan Ərdoğan dünyaya səslənib:

“Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq!? Atdığınız hər addım boşa çıxacaq. Millətimiz tarixindən aldığı güclə bu mübarizədən də qalib çıxacaq. Millətimiz içindəki ağrıya baxmayaraq, oynanılan oyunu görür. Terror təşkilatları ölkənin bəzi bölgələrində çirkli oyunlar oynayaraq vətəndaşla dövləti qarşı-qarşıya gətirmək istəyirlər”.

Dövlət başçısı terror və onu dəstəkləyənlərin yox olacağını dilə gətirib:

“Sabah Ərdoğanın vəzifə müddəti başa çatacaq, başqası gələcək. Amma bu dövlət əbədi yaşayacaq. Dünən bu ölkəyə xəyanət edənlər yox olub getdilər. Bu gün də yox olub gedəcəklər. Bu çətin günlər keçib gedəcək və biz yenə qardaş kimi yaşayacağıq”.

Türkiyə prezidenti Suriya rejiminə dəstək verən İran və Rusiyanı da sərt tənqid edib:

“Bəzi ölkələr Suriyaya döyüş təyyarələri göndərirlər. Rəcəb Tayyib Ərdoğan bunu deyəndə səfirimiz Xarici İşlər Nazirliyinə çağırılır. Bunu mən söyləmirəm. Onların özləri etiraf edirlər”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm