Bu ailədə sarışın uşaqlar ölür - FOTO
Bizi izləyin

Dünya

Bu ailədə sarışın uşaqlar ölür - FOTO

Türkiyənin Mersin vilayətində yaşayan bir ailə qəribə bir halla üz-üzədir. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ailədə doğulan sarışın uşaqlar ölür, qaraşın isə sağ qalır.

Altun ailəsinin sarışın olan qızı 2, oğlu 6 yaşında ölüb. İndi isə Özləm adlı sarışın qızı xəstədir. 13 yaşlı qaraşın qızı Nərgiz isə tam sağlamdır. Ailənin sarışın uşaqları 10 aylıq olanda bilinməz xəstəliyə tutulur. Indi də Özləm ağır xəstədir, valideynləri müraciət edərək həkimlərdən kömək istəyir.

Uşaqların atası bildirib ki, bu vaxta qədər müraciət etdikləri heç bir həkim onların mübtəla olduğu dərdin sirrini tapa bilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm