Dövlət başçısı 25 dəqiqə yanlış mətni oxudu
Bizi izləyin

Dünya

Dövlət başçısı 25 dəqiqə yanlış mətni oxudu

Zimbabvenin dövlət başçısı Robert Muqabenin parlamentin açılışında yanlış mətni oxuması ölkədə günün mövzusu olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 91 yaşındakı dövlət başçısı avqust ayında etdiyi “xalqa səsləniş” müraciətini parlamentdə təkrarlayıb.

O, 25 dəqiqə ərzində bunun fərqinə varmayıb. Bu hadisədən sonra müxalifət Muqabenin istefa verməsini tələb edib.

Robert Muqabenin sözçüsü Corc Çaramba isə yanlışlığın dövlət başçısının rəsmi ofisindən qaynaqlandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm