Bin Ladenin tərcüməçisi tanışlıq saytında
Bizi izləyin

Dünya

Bin Ladenin tərcüməçisi tanışlıq saytında

ABŞ-ın Quantanamo (Kuba) həbsxanasında saxlanılan məhbus Məhəmməd Rəhimi az-Əfqani “Match.com” tanışlıq saytında qeydiyyatdan keçib.

Publika.az xəbər verir ki, bu barədə “The Daily Mirror” nəşri yazıb.

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin tərcüməçisi və ən etibarlı silahdaşlarından olan Məhəmməd Rəhimi az-Əfqani sosial şəbəkədəki səhifəsində “azadlıqda deyil, amma danışmağa hazırdır” yazıb.

O, 2008-ci ilin martında Amerika hərbçiləri tərəfindən tutulub. Pentaqonun məlumatına görə, az-Əfqani 2001-ci ildə Əfqanıstanda Üsamə Bin Ladenə Amerika hərbçilərindən gizlənməyə kömək edib.

Vaşinqtonun məlumatına görə, Bin Ladenin özü 2 may 2011-ci ildə Pakistanda xüsusi əməliyyatla öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm