Həbsxanada ŞOK: mafiya lideri kamerada hüquq müdafiəçisi ilə... - VİDEO 18+
Bizi izləyin

Dünya

Həbsxanada ŞOK: mafiya lideri kamerada hüquq müdafiəçisi ilə... - VİDEO 18+

Rusiyanın Sverdlovsk vilayətində yerləşən bir həbsxanada qalmaqal baş verib.

Publika.az xəbər verir ki, həbsxanada cəza çəkən bir mafiya lideri onun saxlanılması şərtlərini yoxlamağa gələn hüquq müdafiəçisi ilə cinsi əlaqəyə girərkən görüntülənib.

Hüquq müdafiəçisi ilə mafiya liderinin arasındakı görüşlərin uzun sürməsindən şübhələnən həbsxana işçiləri məhbusun qaldığı otağa gizli kamera yerləşdiriblər. Gizli kamera isə hüquq müdafiəçisi ilə mafiya lideri arasındakı münasibətləri ortaya çıxarıb.

Görüntülərin cari ilin aprel ayında çəkildiyi təxmin edilir. Görüntülərin yerli mediaya sızması böyük qalmaqala səbəb olub. İnsanlar mütəşəkkil cinayətlərdə adı hallanan bir şəxsin standart bir həbsxana əvəzinə, sıravi Rusiya vətəndaşının evində olmayan bir rahatlıq içində yaşamasına sərt reaksiya veriblər.

Mafiya liderinin qaldığı kamerada komfortlu yatağın, kreslo və masanın olduğu görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm