• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Macar polisi ilə qaçqınlar arasında toqquşma olub – VİDEO/FOTOLAR

  • Dünya
  • 17 Sentyabr 2015 07:33
  • 253 Baxış
Macar polisi ilə qaçqınlar arasında toqquşma olub – VİDEO/FOTOLAR

Macarıstan polisi ilə qaçqınlar arasında Macarıstan-Serbiya sərhədində toqquşmalar baş verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, polis ölkə ərazisinə keçmək istəyən qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

“Polis Macarıstanın dövlət sərhədi və Avropa Birliyinin xarici sərhədlərinin müdafiəsi üçün qanuni və uyğun ölçüləri həyata keçirir”, - Macarıstan polisinin mətbuat xidmətinin xəbərində deyilir.

Qeyd edək ki, Macarıstan-Serbiya sərhədində hazırda Yaxın Şərqdən olan 2 mindən çox qaçqın var. Onlar bildirirlər ki, Macarıstan ərazisində qalmayacaqlar və buradan yalnız tranzit kimi istifadə etmək istəyirlər. Macar hökuməti isə qaçqınlara vərəqələr paylayaraq onlara alternativ marşrutlar təklif edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR