Dünya ABŞ-ın hərbi kazarması rolunda: 80 ölkə, 800 baza, 156 milyard dollar...
Bizi izləyin

Dünya

Dünya ABŞ-ın hərbi kazarması rolunda: 80 ölkə, 800 baza, 156 milyard dollar...

“ABŞ-ın hərbi bazalar şəbəkəsi dünyanı görünməmiş şəkildə əhatə edir. Amerika bazaları dünya üçün təhlükə yaradır, radikalizm, müharibə və qeyri-sabitliyin səbəbi olur”.

Publika.az xəbər verir ki, bu sözləri “The Nation” jurnalında Vaşinqtondakı Amerika Universitetinin professoru, antropoloq Devid Uayn yazıb.

O, qeyd edir ki, hazırda ölkə xaricində ABŞ-ın təxminən 800 hərbi bazası mövcuddur. Pentaqonun məlumatına görə, Almaniyada 172, Yaponiyada 113 və Cənubi Koreyadada 83 Amerika hərbi bazası var. Amerika hərbi bazaları Avstraliya, Bolqarıstan, Kolumbiya, Qətər və Keniya da daxil olmaqla dünyanın 80 ölkəsi üzrə səpələnib.

Xaricdə yerləşən bazaların saxlanılması üçün ABŞ ildə 156 milyard dollar xərcləyir. Hər bir amerikalı vergi ödəyicisi ABŞ xaricindəki bir hərbi qulluqçunun saxlanılması üçün il ərzində orta hesabla 10 dollardan 40 min dollara qədər pul ödəyir.

ABŞ-ın xaricidəki 800 hərbi bazasından bir çoxu “monoşəhər” prinsipi üzrə tikilib. Məsələn, bazanın ətrafında hərbi qulluqçuların ailələri üçün məktəblər, hospitallar və müxtəlif müəssisələr var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm