• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyədən başlayan ölüm səfəri - FOTOLAR

  • Dünya
  • 17 Sentyabr 2015 09:38
  • 936 Baxış
Türkiyədən başlayan ölüm səfəri - FOTOLAR

Fransanın “France 2” televiziya kanalında çalışan iki jurnalist işlədiyi sahədə bir ilkə imza atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlər 60 qeyri-qanuni miqrantla birlikdə bir qayığa minərək Türkiyədən yunan adalarına keçib.

Fransalı jurnalistlər tükürpədən səfəri anbaan qeydə ala biliblər. Çanaqqalanın Ayvacık mahalının Assos kəndindən sentyabrın 12-də axşam saatlarında yola çıxan miqrantların hər biri 2 min avro ödəyirlər. Onlar yaxınlıqdakı Midilli adasına getmək üçün 10 kilometrlik təhlükəli bir yola çıxırlar.

Havanın qaraldığı saatlarda miqrantları daşıyan gəminin mühərriki sönür. Onların köməyinə isə yaxınlıqdan keçən bir yunan balıqçı gəmisi çatır. Balıqçı gəmisinə iplə bağlanan miqrant gəmisi dörd saatdan sonra Midilli adasına çatır. Limana soyuqdan titrəyərək çıxan miqrantlardan bəzilərinin ağladığı görünür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR