Çilidə güclü zəlzələ oldu - FOTOLAR/VİDEO - YENİLƏNİB
Bizi izləyin

Dünya

Çilidə güclü zəlzələ oldu - FOTOLAR/VİDEO - YENİLƏNİB

Çilidə 6,3 ballıq növbəti zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geologiya Xidməti bildirib. Təkanların episentri İlyapel şəhərindən 54 kilometr şimal-qərbdə, paytaxt Santyaqodan 228 kilometr şimalda, 40 kilometr dərinlikdə qeydə alınıb.

Güclü yeraltı təkanların seriyasından sonra beş nəfərin öldüyü rəsmən təsdiqlənib. Onlardan üçü ürəktutmasından dünyasını dəyişib, digər ikisi dağıntıların altında qalaraq ölüb.

Ölkənin Fövqəladə Vəziyyətlər üzrə Milli İdarənin başçısı Toro Rikardo təxminən 1 milyon insanın təxliyyə edildiyini bildirib. Sunami barədə xəbərdarlıq edən idarənin başçısı sunami təhlükəsinin olduğu rayonların əhalisini evlərinə qayıtmamağa çağırıb.

Şahidlərin sözlərinə görə, paytaxt Santyaqoda çoxmərtəbəli binalar silkələnirdi. Təkanlar yalnız Çilidə deyil, həm də qonşu Argentinada hiss edilib.

Çilinin Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər ki, zəlzələdən sonra sahil Kokimbo şəhərində dalğaların hündürlüyü 4,5 metrə çatıb.

X X X

Sakit okeanın Cənubi Amerika ölkəsi olan Çili sahillərində 8,3 bal gücündə zəlzələ meydana gəlib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində dağıntılar olub, binalarda və yollarda böyük çatlar əmələ gəlib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Amerika Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələ paytaxt Santyaqodan təxminən 250 kilometr şimalda, yerin 25 kilometr dərinliyində baş verib.

Ancaq zəlzələnin ardınca Sakit okeanda güclü sunami baş verəcəyi ilə bağlı Çili hökuməti əhaliyə xəbərdarlıq edib.

Hökumət əhalidən sahil ərazilərdən uzaq olmasınını tələb edib.

Gözlənilən sunami dalğasının təkcə Çilini deyil, həmçinin Peru, Ekvador və Havay adalarını da vura biləcəyi deyilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm