Amerikalı milyarder: “Putinlə razılığa gələ bilərəm”
Bizi izləyin

Dünya

Amerikalı milyarder: “Putinlə razılığa gələ bilərəm”

ABŞ prezidentliyə namizəd, milyarder Donald Tramp prezident seçiləcəyi halda Rusiya lideri Vladimir Putinlə sülh əldə edəcəyinə söz verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, milyarder bu barədə prezident postuna digər iddiaçılarla keçirdiyi debatda bildirib.

“Mən Putinlə yola getmək, onunla danışmaq istəyərdim. Başqa strategiya seçmək lazımdır. Mən ölkəmizin anlaşa bilmədiyi bir çox dünya lideri ilə yola gedə bilərəm. ABŞ hazırkı nüfuzundan istifadə etmir”, - Tramp deyib.

Trampın rəqibi, respublikaçı senator Rend Pol da öz növbəsində söz verib ki, Rusiya və Çinlə dialoqu bərpa edəcək. O, həmçinin İranla münasibətlərin qaydaya salınmasının vacibliyini dilə gətirib.

Senator Mark Rubio narahatlığını ifadə edib ki, Yaxın Şərqdə münaqişənin nizama salınmasında vasitəçiliyi Rusiya ABŞ-dan ala bilər.

Debatda Tramp, Pol və Rubiodan başqa, Florida ştatının keçmiş qubernatoru Ceb Buş, Viskonsin ştatının qubernatoru Skott Uoker, neyro-cərrah Ben Karson, Arkanzas ştatının keçmiş qubernatoru Mayk Xakabi, Ohayo ştatının qubernatoru Con Keysik, Nyu-Cersi ştatının qubernatoru Ted Kruz və “Hewlett-Packard” şirkətinin keçmiş rəhbəri Karli Fiorina iştirak edib.

ABŞ prezidenti postu uğrunda mübarizəyə 20-dən siyasətçi qoşulub. İctimai rəy sorğularına görə, demokratların namizədlərinə keçmiş dövləti katibi Hillari Klinton, respublikaçı namizədlərə isə Donald Tramp liderlik edir.

Demokratlar Partiyasının seçkiqabağı qurultayı 25-28 iyul tarixlərində Filadelfiyada, Respublikaçılar Partiyasının qurultayı isə 18-21 iyul tarixlərində Klivlenddə keçiriləcək. Qurultayların nəticələrinə görə, prezident seçkilərində partiyaları təmsil edəcək namizədlər rəsmən müəyyən olunacaq.

Prezidentin seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm