PKK azərbaycanlıları çıxarır, Türkiyəyə qarşı hərbi baza qurur - ŞOK İDDİA
Bizi izləyin

Dünya

PKK azərbaycanlıları çıxarır, Türkiyəyə qarşı hərbi baza qurur - ŞOK İDDİA

PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda həyata keçirdiyi əməliyyatlardan sonra üzvlərinin əksəriyyətini Suriyanın Kobani şəhərində yerləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK mülki vətəndaşları Kobanidən çıxararaq buranı yalnız PKK silahlılarının yaşadığı hərbi baza vəziyyətinə gətirir.

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Mardindən olan millət vəkili Orhan Miroğlunun sözlərinə görə, PKK Kobanidə qalan ərəb və türkmanları (əslən azərbaycanlılar) da silah gücünə şəhərdən çıxarır.

“Kobani siyasi mərkəz olmaqla yanaşı, hərbi bir mərkəzdir. PKK şəhəri həmişə hərbi baza olaraq görüb. Oranın ələ keçirilməsində əsas məqsəd xalqı İŞİD-in əlindən xilas etmək deyil, Türkiyəyə yaxın ərazidə hərbi baza qurmaqdır. Hərbi baza üzərindən Türkiyədə olan PKK üzvlərini silah-sursatla təmin etmək istəyirlər”, - millət vəkili söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm