İranda kütləvi həbslər: 127 nəfər tutuldu
Bizi izləyin

Dünya

İranda kütləvi həbslər: 127 nəfər tutuldu

Tehranda “sosial təhlükəsizlik” layihəsi adı altında narkotik alverçilərinin kütləvi həbsi həyata keçirilib.

Publika.az İranın “İrna” xəbər agentliyinə istinadən xəbər verir ki, son həftə ərzində Tehran polisi tərəfindən 127 nəfər “quldur” və narkotik alverçisi həbs edilib. Tutulan şəxslərin bir çoxu əvvəllər məhkəmə tərəfindən xuliqanlığa görə müxtəlif cəzalara məruz qalan şəxslərdir.

Qeyd edək ki, İranda “Sosial təhlükəsizlik” layihəsinə 15 il öncə start verilib. Bu layihə əslində sadəcə quldurlarla mübarizə deyil. Layihə həm də “uyğunsuz hicabda” gəzən xanımların, evlərində peyk antenalarından istifadə edən şəxslərin qarşısını almaq, qızlarla oğlanların birgə əyləndiyi qeyri-qanuni və gizli məkanları aşkar edərək dağıtmaqdan ibarətdir.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm