Obama Netanyahunu Ağ Evə çağırdı
Bizi izləyin

Dünya

Obama Netanyahunu Ağ Evə çağırdı

Noyabrın 9-da Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçiriləcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İsarilin baş naziri prezident Barak Obamanın dəvəti ilə ABŞ-da səfərdə olacaq.

Ağ Evin sözçüsü Josh Earnest bəyan edib ki, görüşdə Yaxın Şərqdəki vəziyyət, İran ilə Qərb arasında əldə olunan nüvə razılaşması, İsrail-Fələstin münaqişəsi və təhlükəsizliklə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Josh Earnest əlavə edib ki, İsrail bölgədə ABŞ-ın əsas və etibarlı müttəfiqi olaraq qalmaqda davam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm