Rusiya Ermənistandakı yerini yunanlara verdi – Müəmmalı gediş
Bizi izləyin

Dünya

Rusiya Ermənistandakı yerini yunanlara verdi – Müəmmalı gediş

Rusiya “Ermənistan Elektrik Şəbəkəsi” (ESA) şirkətinin 100 faiz səhmini satır.


Publika.az xəbər verir ki, ESA-nı yunan Kiprinə məxsus “Liormand Holdings Limited” şirkəti alır. Ermənistan baş naziri Ovik Abramyan hökumətin iclasında yeni şirkətin fəaliyyətinin qanunlara uğyunlaşdırılması tapşırığını verib.


Qeyd edək ki, bu ilin iyununda Ermənistanda ESA elektrik enerjisinin qiymətlərini 40 faiz qaldırıb. Bundan sonra İrəvanda “elektromaydan” adlanan etiraz aksiyaları başlayıb. Aksiyada Moskvaya bağlı hökumətlə yanaşı, ESA-nın məxsus olduğu Rusiya dövlətinə də ciddi etirazlar bildirilib. Daha sonra rəsmi İrəvan Moskvadan bir sıra güzəştlər almaq qarşılığında etirazları yatırmışdı.

Rusiyanın Ermənistanda ən böyük gəlir mənbələrindən olan şirkətdən imtina etməsi suallar yaradır.

Ermənistanın “news.am” saytı iddia edib ki, “Liormand Holdings Limited” ofşor şirkətidir. İddia var ki, bu ofşor şirkət Rusiyanın özünə məxsusdur və Moskva ermənilərin elektrik enerjisini başqa ad altında təmin edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm