• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kılıcdaroğlu azərbaycanlı iş adamına təzminat ödəyəcək

  • Dünya
  • 17 Sentyabr 2015 19:54
  • 670 Baxış
Kılıcdaroğlu azərbaycanlı iş adamına təzminat ödəyəcək

Azərbaycan əsilli iranlı işadamı Rza Zərrabın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı irəli sürdüyü təzminat iddiası ilə bağlı qərar açıqlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 24-cü Hüquq Məhkəməsi partiya sədrinin işadamına 5 min türk lirəsi təzminat ödəməsi barədə qərar çıxarıb.

CHP lideri partiyasının 22 aprel 2014-cü il tarixli toplantısında deyib ki, Zərrab saxtakarın biridir, Türk bayrağının fonunda şəkil şəkdirməklə əsl simasını gizlətməyə salışır.

Zərrabın vəkilləri müvəkkilinin təhqir və böhtana məruz qaldığını bildirərək Kamal Kılıçdaroğluna qarşı 100 min lirə təzminat iddiası açmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR