14 yaşlı Məhəmməd ABŞ-ı ayağa qaldırdı, Obama işə qarışdı - FOTO
Bizi izləyin

Dünya

14 yaşlı Məhəmməd ABŞ-ı ayağa qaldırdı, Obama işə qarışdı - FOTO

ABŞ-ın Texas ştatında 14 yaşlı Əhməd Məhəmməd adlı müsəlman ölkəni ayağa qaldırıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, hər şey orta məktəb şagirdinin kiçik ixtirasını müəllimə göstərmək üçün məktəbə aparması ilə başlayıb.

Müəllim isə onun ixtirasını saatlı bomba hesab edərək məktəbin rəhbərliyinə xəbər verib. Məktəbə gələn polislər Məhəmmədi sorğu-sual ediblər.

Sudan əsilli uşağın atası Məhəmməd əl-Həsən Məhəmməd oğlunun müsəlman olduğu üçün saxlanılmasından narahatlığını dilə gətirib. O qeyd edib ki, insanlıq üçün gözəl şeylər ixtira etmək istəyən övladının polislər tərəfindən saxlanlması ilə onun adının Məhəmməd olması və 11 sentyabr hücumları arasında əlaqənin olduğunu düşünür.

Amerika-İslam Əlaqələri Şurası (CAIR) hadisəni araşdırdıqlarını, atanın şübhələrinin doğru ola biləcəyini açıqlayıb.

Polisdən isə Məhəmmədin ifadəsinin alınması üçün yalnız bir saat saxlanıldığı bildirilib.

Hadisənin sosial şəbəkələrdə geniş reaksiya doğurmasından sonra prezident Barak Obama, prezidentliyə namizəd Hillari Klinton, Amerika Milli Kosmik Agentliyi (NASA), “Google”, “Facebook” və Massachust Institute of Technology (MIT) səlahiyyətliləri Məhəmmədə dəstək mesajları göndəriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm