• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Berluskoniyə QADAĞA: “Bir daha gəlmə!”

  • Dünya
  • 18 Sentyabr 2015 01:43
  • 543 Baxış
Berluskoniyə QADAĞA: “Bir daha gəlmə!”

Ukrayna hökuməti İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin ölkəyə gəlişinə qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, “persona non-qrata” elan olunmuş Berluskoni üç il Ukraynaya gedə bilməyəcək. Bu qərara səbəb ölkənin milli maraqlarının qorunmasıdır.

Ötən həftə İtaliyanın keçmiş baş naziri Rusiyanın ilhaq etdiyi Krıma səfər edib. Səfər zamanı o, dostluq münasibətlərinin olduğu Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Qeyd edək ki, Ukrayna qanunları Krıma Kiyevin rəsmi icazəsi olmadan səfəri qadağan edir. Daha əvvəl tanınmış fransız aktyoru Jerar Depardyeyə də ölkəyə giriş qadağan olunmuşdu.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR