ŞOK İDDİA: Türkiyənin yollarında 3 min mina
Bizi izləyin

Dünya

ŞOK İDDİA: Türkiyənin yollarında 3 min mina

Türkiyənin sərq və cənubi-şərq vilayətlərinin yollarında 3 min mina basdırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan keçmiş millət vəkili Həsən Hüseyn Türkoğlu deyib.

O, PKK-nın kürd məsələsinin həlli müddətində ölkənin şərq və cənubi-şərq vilayətlərində boş dayanmadığını və asfaltlanan yolların altına kustar üsulla hazırlanan partlayıcılar yerləşdirdiyini iddia edib. “Təşkilat yolların altında yatan minaları tək-tək partladaraq əsgər və polisləri şəhid edir”, - o, söyləyib.

Onun sözlərinə görə, asfalt yolu çəkən şirkətlər və Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan bələdiyyələr partlayıcılar yerləşdirilən yolları asfaltlayaraq qurulan tələləri gizlədiblər: “Bu partlayıcılar asfaltın altına yerləşdiriləndə kəşfiyyat və təhlükəsizlik qurumları nə edirdi? Asfaltların altında “yatan” bu bombaları kim yerləşdirdi? Yolu hansı şirkətlər çəkib? Onların PKK, ya da HDP ilə əlaqələri varmı? Bu yolları çəkən bələdiyyələr sorğuya çəkildimi?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm