Rusiya müxalifətçisi: “Putin Donbasda vəziyyəti ona görə sakitləşdirib ki...”
Bizi izləyin

Dünya

Rusiya müxalifətçisi: “Putin Donbasda vəziyyəti ona görə sakitləşdirib ki...”

“Donbasda qarşıdurmanın zəifləməsi, yəni atəşlərin sayının azalması heç də onu bildirmir ki, “Novorossiya” layihəsi aradan qalxıb, Putin qoşunları Donbas hövzəsindən çıxarmağa hazırlaşır, yaxud da Kreml Krımı qaytarmaq niyyətindədir”.

Publika.az xəbər verir ki, bu sözləri “Newsader” nəşrinə müsahibəsində məşhur Rusiya müxalifətçisi Konstantin Borovoy deyib.

Onun sözlərinə görə, Kreml üçün digər problemlər ortaya çıxdığı üçün Donbasda vəziyyəti sakitləşdirib: “Bunlardan biri BMT Baş Assambleyasının sessiyasında çıxış etmək ehtiyacıdır. Bundan başqa, Kreml Rusiyanın Suriyada hərbi baxımdan güclənməsinə ABŞ-ın sərt reaksiya verəcəyini gözləmirdi. Amerikanın diplomatik mesajı Rusiya üçün ciddi nəticələri doğuracaq. Söhbət sanksiyaların daha da sərtləşdirilməsindən gedir”, - siyasətçi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm