“Məni seçin, sizə ölümsüzlük verim”
Bizi izləyin

Dünya

“Məni seçin, sizə ölümsüzlük verim”

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərinə bir ildən də çox vaxt qalmasına baxmayaraq, seçkilərə hazırlıq və namizədlərin vədləri indidən dünyanın diqqət mərkəzindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizədlərdən birinin qeyri-adi vədi Amerika cəmiyyətində daha çox müzakirə olunur.

Prezident postu uğrunda yarışa qoşulmaq istəyən Zoltan İstvan bu mübarizədə şanslı hesab olunmasa da, vədi ilə xüsusi diqqət çəkir. Kolumbiya Universitetindən məzun olduqdan sonra dünya turuna çıxan, "National Geographic" üçün araşdırmalar yazaraq müxtəlif qəzetlərlə əməkdaşlıq edən İstvan müstəqil namizəddir. İstvanın ən güclü seçki vədi isə “Ölümsüzlük”dür. İnsan klonlaşdırmaq, embrion üzərində işlər aparmaq, bionik orqan istehsalını təşviq etmək və heç qocalmayan süni ürəklər hazırlamaq Zoltan İstvanın başlıca məqsədləridir.

O, digər namizədlərin milyonlarla dollar xərclədiyi seçki kampaniyalarına 25 min dollarlıq büdcəsi və bir avtobusla cavab verməyə çalışır. İstvan “Ölümsüzlük avtobusu” adlandırdığı avtobusla bölgə-bölgə gəzərək seçki kampaniyası aparmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm