ABŞ şirkətlərinin İrana axını başlayıb
Bizi izləyin

Dünya

ABŞ şirkətlərinin İrana axını başlayıb

Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar aradan qalxandan sonra artıq Avropa və Amerikanın tanınmış şirkətlərinin islam ölkəsinə axını başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dünya nəhəngi olan “Microsoft” şirkəti də ilk dəfə olaraq İranın paytaxtı Tehranda rəsmi satış mərkəzini və mağazasını açıb. Bununla da “Microsoft” şirkəti İranda rəsmi satış mərkəzini açan ilk ABŞ şirkəti kimi tarixə düşüb.

Kifayət qədər geniş sahəni əhatə edən və 5 hissədən ibarət olan mağazada “Microsoft” şirkətinin istehsal etdiyi “ağıllı” telefonlar, planşetlər və digər bu kimi elektron məhsullar satışa çıxarılacaq.

Yaxın vaxtlarda isə ABŞ-ın dünya brendi sayılan “Apple” şirkəti də İranda satış mərkəzi açmağı planlaşdırır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm