Atatürkə hörmətsizlik
Bizi izləyin

Dünya

Atatürkə hörmətsizlik

Türkiyədə Atatürkün heykəli stəkanla əvəz olunub.


Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində bələdiyyə tərəfindən hazırlanan “Cümhuriyyət Meydanı” ilə bağlı yeni layihədə Atatürk heykəli yerinə stəkan fiqurunun olması reaksiyalara səbəb olub.

Rizədə “Atatürkcü Düşüncə Dərnəyi”nin başcısı Ömər Toprak heykəlin qalması üçün mübarizə aparacaqlarını bildirib.

Rizənin bələdiyyə müdiri Zəkəriyyə Tüfəkci isə layihənin hələ bitmədiyini qeyd edərək “heykəl götürülmür, daşınır” deyib:

“Meydandakı Atatürk heykəlini valiliyimizin önünə daşıyacağıq. Daha sonra uyğun bir Atatürk heykəli meydana qoyulacaq”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm