Kreml ŞOKDA: 1800 terrorçu ölkəyə qayıdır
Bizi izləyin

Dünya

Kreml ŞOKDA: 1800 terrorçu ölkəyə qayıdır

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının sıralarında təxminən 1800 Rusiya vətəndaşı vuruşur.

Publika.az xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda” nəşrinə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin başçısı Vladimir Kolokolsev deyib.

“İŞİD-in sıralarında vuruşan 1800 Rusiya vətəndaşı haqqında məlumatımız var. Onlardan 477-nə qarşı cinayət işi qaldırılıb”, - o deyib.

Nazir qeyd edib ki, döyüş əməliyyatları zonasından qayıdanların əksəriyyəti Şimali Qafqaz regionunda yaşayırlar.

İyun ayında MDB-nin Terrorçuluğa Qarşı Mərkəzinin rəhbəri Andrey Novikov bildirib ki, İŞİD-in sıralarında Rusiyanın 5 min vətəndaşı vuruşur.

Rusiya hökuməti ölkəyə qayıdan döyüşçüləri terror aktlarının potensial iştirakçıları hesab edir. Rusiya hərbçilərinin Suriyada rejim qüvvələri ilə birlikdə İŞİD-ə qarşı mübarizəyə qoşulması da təsadüfi hesab edilmir.

Qafqaz mücahidlərinə yaxın saytlar xəbər verir ki, Əsəd ordusuna dəstək üçün Suriyaya gedən rus əsgərləri İŞİD və “Əl-Nüsra” Cəbhəsi ilə döyüşdə ilk növbədə çeçen döyüşçüləri hədəf alır. Çeçenlərə qarşı əməliyyat xüsusilə snayperlər vasitəsilə həyata keçirilir.

Şimali Qafqazdakı çeçen mücahidlərinin çoxu hazırda Suriyadadır. Ekspertlərin fikrincə, rus əsgərlərinin Suriyada keçirdiyi əməliyyatlarla bu təhlükə yerindəcə məhv edilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm