“Biz türkük, qadını evə həbs edə bilmərik” - Video
Bizi izləyin

Dünya

“Biz türkük, qadını evə həbs edə bilmərik” - Video

“Biz türkük, qadını evə həbs edə bilmərik” - Video

Qazaxıstan prezidenti İslam, qadın və libas haqqında örnək olacaq çıxış edib.

“Axar.az” xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti İslamı rəsmi din olaraq qəbul etdiklərini və bununla qürur duyduqlarını bildirib: “Ancaq müsəlmanlığımızı öndə tutaraq heç bir hədəfə çata bilmərik.

Digər müsəlman dövlətlərə və İslamın qayda-qanunları ilə yaşayan insanlara sonsuz hörmətimiz var. Ancaq biz ərəb deyilik. Biz köçəri və türk xalqıyıq. Ərəblər kimi qızlarımızı dini və mədəni və ya ictimai təzyiqlərə görə bağlayıb, bundan müsəlman dövlət imici olaraq istifadə edə bilmərik.

Onları çadralara bürüyərək evə həbs etmək bizim yolumuz deyil. Təkrar edirəm! Hər kəsə sayğımız sonsuzdur. Ancaq geyim-keçim insanların öz səlahiyyətlərindədir. Biz qazaxıq, xalqımız köçəri həyatı boyunca bu günə qədər qadın, kişi fərqi qoymadan bu günlərə gəlib çıxıb.

Qadınlarımız kişilərinin yanında getdi - arxasında deyil, əksinə önündə getdi. İslamdan əvvəlki tarixdə qadınlarımız necə istəyirdilərsə, o cür də geyinərdilər. Və ictimaiyyəti narahat etmək kimi bir niyyətləri də heç vaxtı olmayıb. Ona görə bu mövzuda heç vaxtı problem yaşamadıq. Bu gün isə bu cür problemin olması mümkün deyil. Müsəlman və sünni bir xalq olmağımız insanların həyatlarına qarışmağımız üçün bir səbəb deyil”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm