Türkiyədə yeni cəbhə: İŞİD PKK-ya qarşı – ŞOK HESABAT
Bizi izləyin

Dünya

Türkiyədə yeni cəbhə: İŞİD PKK-ya qarşı – ŞOK HESABAT

Türkiyə ərazisində yeni cəbhə açılır. İŞİD terror qruplaşması Türkiyədə PKK-ya qarşı döyüşlərə başlamaq niyyətindədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in kamikadzeləri diqqət çəkməmək üçün saqqal və bığlarını kəsərək Türkiyəyə daxil olub.

Türkiyənin xüsusi xidmət orqanları onların PKK-ya qarşı terror aktlarını planlaşdırdığını üzə çıxarıb. Kəşfiyyat qurumlarının Daxili İşlər Nazirliyinə təqdim etdiyi hesabatda qeyd edilir ki, İŞİD İraqın Telafer, Tuzhurmatu və Kərkük şəhərlərindən 7 üzvünü Türkiyəyə göndərib. Onların türkman və ərəb mənşəli olduğu bildirilir.

Hesabatda onlardan 5-i ilə bağlı aşağıdakı məlumatlar verilib:

- Brahim Məhəmməd Selmo: kamikadzedir.

- Çingiz Ruşit Abbas: bir ay əvvəl Türkiyəyə gəlib. 45 yaşındadır və İŞİD-in lider heyətində yer alıb.

- Məhəmməd Hüseyn: 4 gün əvvəl Türkiyəyə gəlib. 45-47 yaşlarındadır və İŞİD-in hərbi qanadında vəzifədədir.

- Teymur Abdurrauf Musa: bir həftə əvvəl Türkiyəyə gəlib. İŞİD-in hərbi qanadında vəzifədədir.

- Elmala Əbu Amar: Suriya vətəndaşıdır. Kamikadze olma ehtimalı yüksəkdir.

Türkiyənin xüsusi xidmət orqanları həmçinin PKK-nın dağ heyətindən 7 terrorçunu İstanbula göndərdiyini və onların Egey bölgəsində terror aktlarını planlaşdırdığını müəyyənləşdirib. Ələ keçməməsi üçün daim yerlərini dəyişdirən terrorçular bir-birindən xəbərsiz terror aktlarını həyata keçirməyi planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm