Çilidə növbəti güclü zəlzələ olub
Bizi izləyin

Dünya

Çilidə növbəti güclü zəlzələ olub

Cənubi Amerika ölkəsi Çili-də yeraltı təkanlar davam edir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Geologiya Xidməti 5,4 bal gücündə növbəti zəlzələnin baş verdiyini bildirib.

Yeraltı təkanların episentri İlyapel şəhərindən 92 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, dünən baş verən ilk zəlzələnin gücü 8,3 bal olub. Bir neçə saat sonra isə 6,3 ballıq növbəti zəlzələ baş verib. Bir milyona yaxın insan təxliyyə edilib, 11 nəfər zəlzələnin qurbanı olub.

Çili aktiv seysmik zonada yerləşir. Sonuncu dağıdıcı zəlzələ 2010-cu ilin fevralında baş verib və 8,8 ballıq zəlzələ nəticəsində yaranan sunami 500 mindən çox insanın həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm