Mikroavtobusla yük maşını toqquşdu, ölən və yaralanan var - Ələtdə
Bizi izləyin

Dünya

Mikroavtobusla yük maşını toqquşdu, ölən və yaralanan var - Ələtdə

Qaradağ rayonunun Ələt qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralanan var.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşub.

Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm