Ərdoğanın qızı siyasət meydanına atılır
Bizi izləyin

Dünya

Ərdoğanın qızı siyasət meydanına atılır

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlaşan Türkiyədə partiyaların namizədlər siyahısı açıqlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyası (AKP) siyahını hələ açıqlamasa da, siyasi kulislərdə müxtəlif iddialar irəli sürülür.

Gündəmə bomba kimi düşən iddialardan biri prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan Sinan Oğanın AKP-nin namizədlər siyahısına salınması ilə bağlıdır. Sinan Oğanın İğdırda əhəmiyyətli siyasi çəkisi olsa da, hesab edilir ki, MHP-də olduğu dönəmdə Ərdoğanı kəskin tənqid etməsi onun namizədliyini arxa plana keçirə bilər.

Məlumata görə, baş nazir AKP-nin sədri Əhməd Davudoğlunun sirr kimi saxladığı namizədlər siyahısı dünən, demək olar ki, tamamlanıb. Bu gün siyahının dəqiqləşəcəyi bildirilir. Ehtimallara görə, keçmiş və hazırkı nazirlər öz seçki bölgələrindən namizəd göstəriləcək.

Kulislərdə gəzən digər bir iddiaya görə, Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak da millət vəkilliyinə namizəd olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm