KİV: Ermənistan müdafiə nazirinin arvadı fahişə olub - Şok fakt
Bizi izləyin

Dünya

KİV: Ermənistan müdafiə nazirinin arvadı fahişə olub - Şok fakt

Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın ailəsi ətrafında qalmaqallar böyüməkdədir.

Axar.az xəbər verir ki, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırma qrupu Seyran Ohanyan və həyat yoldaşı Ruzanna Xaçatryan barədə indiyə qədər içtimailəşməyən məlumatlar əldə edib.

Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Ruzanna Xaçatryan S.Ohanyanın birinci deyil, ikinci həyat yoldaşıdır. Onun birinci arvadının, yəni 1985 və 1987-ci il təvəllüdlü Artur və Qarikin anasının azərbaycanlı olması ehtimal olunur. Belə ki, Ohanyanın 1979-1983-cü illər Bakı Ali Hərbi Ümumqoşun Məktəbində təhsil aldığı və Bakıda ailə həyatı qurduğu bildirilir. Adı bu gün də mətbuatdan gizlədilən birinci həyat yoldaşı “Yehovanın şahidləri” təriqətinin “caynağına” keçdikdən sonra uzun müddət onu bu təriqətdən uzaqlaşdırmağa çalışan Ohanyan buna nail ola bilmir. Nəticədə Qarabağ faktorunun təsiri ilə münasibətləri daha da pisləşən ailənin sonu ayrılıqla bitir.

Erməni mətbuatında yayılan başqa bir məlumata görə, müdafiə nazirinin hazırkı həyat yoldaşı Ruzanna Xaçatryan Ohanyanla tanış olmazdan öncə qədim peşənin sahibi olub.

Belə ki, həyat yoldaşı ilə Dağlıq Qarabağın “müdafiə naziri” olarkən tanış olan Ohanyan əxlaqsız qadın olmasına baxmayaraq, Ruzannaya vurulub və onunla ailə həyatı qurub.

Bildirilir ki, Ohanyandan öncə Ruzannanın Ermənistanda Gips zavodunun sahibi, iş adamı Hovik Hayrapetyanla da münasibəti olub. Hovik Hayrapetyanın atası Paylak Hayrapetyanın bildirdiyinə görə, oğlu Ruzanna ilə 2002-ci ildə Dubay Əmirliyində tanış olub, orada bir müddət sevgi macəraları yaşayıb, sonra isə birlikdə İrəvana gəliblər.

Qeyd dək ki, Seyran Ohanyanla Ruzanna Xaçatryan 2003-cü ildə Dağlıq Qarabağda ailə həyatı qurublar. Onların 2003 və 2006-cı illərdə Muşeq və Laura adında iki övladı dünyaya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm