Putin ABŞ-ı necə məğlub edəcək? - Kreml Suriya müharibəsinin ssenarisini hazırlayıb
Bizi izləyin

Dünya

Putin ABŞ-ı necə məğlub edəcək? - Kreml Suriya müharibəsinin ssenarisini hazırlayıb

“Prezident Barak Obama və onun xarici siyasət komandası çaşbaş qalıb: Vladimir Putin Suriyanı qoşun və silahla niyə doldurur?”

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşrində siyasi müşahidəçi Çarlz Krautxammer yazıb.

Amma jurnalist hesab edir ki, Suriyada Putinin hədəfləri çox aşkardır: “Birincisi, Yaxın Şərqdə Rusiyanın təsirini və üstün gücünü təsdiqləmək, ikincisi, Rusiyanın ən böyük və könhə ərəb müttəfiqinə dəstək vermək. Hazırda Rusiya ordusu yalnız Tartusda dəniz bazası və Latakiya yaxınlığında aerodroma malikdir. Moskva ordusunun təsir zonasını genişləndirmək, amerikalıları ölkədən sıxışdırıb çıxarmaq və Suriyada “əvəzolunmaz” statusunu leqallaşdırmaq niyyətindədir”, - siyasi müşahidəçi qeyd edib.

Onun sözlərinə görə, Putinin Qərbə təklifi bu şəkildədir: Əsədlə döyüşü dayandırın, Rusiyanı böyük oyunçu kimi qəbul edin, Rusiya, İran və “Hizbullah”ın regional hegemonluğu ilə barışın.

Çarlz Krautxammer hesab edir ki, ABŞ başqa olmaqla Qərb bu təkliflərlə razılaşsa, Rusiya əvəzolunmaz partnyor olacaq. “Başlanğıc olaraq hərbi və diplomatik addımları əlaqələndirməli olacağıq. Daha sonra isə Rusiyanın təcridinə son qoyulacaq və sanksiyalar aradan qalxacaq, Rusiya İranla birlikdə regional arbitr olacaq”, - siyasi müşahidəçi sonda vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm