Rusiya desantçıları Əsəd üçün ölməkdən imtina etdilər
Bizi izləyin

Dünya

Rusiya desantçıları Əsəd üçün ölməkdən imtina etdilər

Rusiya desantçıları ölkənin hərbi rəhbərliyinin əmrinə qarşı çıxıblar.

Publika.az “gazeta.ru” saytına istinadən xəbər verir ki, Suriyaya göndərilən desantçılar təyinatın son nöqtəsi haqqında məlumat əldə etdikdən sonra “isti ölkə”yə ezamiyyətdən imtina ediblər.

Saytın yazdığına görə, Rusiya Silahlı Qüvvələrinin Şərq hərbi dairəsindən 20 hərbçinin pasportları götürülərək onların məxfi əmr üzrə “isti ölkə”yə göndərilməsi barədə göstəriş verilib. Desantçılar Suriyaya hərbi ezamiyyətdən imtina etməyə çalışsalar da, baş tutmayıb. Novorossiysk vilayətinin hərbi prokurorluğu onların ərizəsini qəbul etməyib. Bununla belə hadisədən KİV xəbər tutduğu üçün ezamiyyət təxirə salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm