İŞİD liderinə Gürcüstanda Amerika zabitləri təlim keçib – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD liderinə Gürcüstanda Amerika zabitləri təlim keçib – ŞOK İDDİA

İŞİD terror təşkilatının liderlərindən biri olan Tarxan Batiraşvili (Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır – red.) Gürcüstan Silahlı Qüvvələrində xidmət etdiyi vaxt Amerika ordusunun zabitlərinin rəhbərliyi altında hərbi hazırlıq keçib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "McClatchy Newspapers" portalı yazıb.

Məlumata görə, Tarxan Batiraşvili Gürcüstan ordusunda 2006-2010-cu illərdə xidmət edib.

“O, bizdə yaxşı təlim keçdi və Amerika zabitləri bizə kömək etdi”, - portal keçmiş gürcü hərbi məmurun sözlərini sitat gətirib.

İŞİD-in hazırkı lideri Cənubi Osetiyadakı silahlı konfliktdə aktiv iştirakını qəbul edir. O, gürcü-osetin münaqişəsinin sonuna yaxın qeyri-leqal silah saxladığı üçün 15 aylıq həbs cəzasına məhkum edilib və silahlı qüvvələrlə əlaqələri kəsilib. Batiraşvili 2012-ci ildən Suriyadadlr.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm